Paytaxtda gecə saatlarında yol qəzası baş verib. Bu haqda BakuPlus.az bu gün, 18 may tarixində xəbər verir.
Paytaxtın Nəsimi rayonu ərazisində “Mitsubishi” markalı avtomobil ilə “Chevrolet” markalı nəqliyyat vasitəsi toqquşub. Şahidlərin sözlərinə görə, qəzaya “Chevrolet” markalı avtomobilin sürücüsü səbəb olub. O, əks yola çıxaraq digər adıçəkilən avtomobillə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib.
Qəza yerinə polis əməkdaşları gəlib.
Araşdırmalar davam edir.