Paytaxtın Nəsimi rayonu, D.Əliyeva küçəsində kişi meyiti tapılıb. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Adıçəkilən ünvanda yerləşən evlərin birində 61 yaşlı Rəşad Fərəcovun cəsədi aşkarlanmışdır. Onun üzərindən zorakılıq əlaməti tapılmayıb.
Faktla bağlı araşdırmalar davam edir.