Paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında qətl hadisəsi baş verib. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
38 yaşlı Rabil Qasımov aralarında yaranan mübahisə zamanı tanışı 40 yaşlı Bəhruz Quliyevi bıçaqlayıb. Sonuncu hadisə yerində dünyasını dəyişib.
R.Qasımov şübhəli şəxs qismində saxlanılıb. Təfərrüatlar araşdırılır.