Bakıda ötən gün qadın meyiti tapılıb. Bu barədə 6 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in qaynar xəttinə Bakının Nəsimi rayonunda bir nəfərin bağlı qapı arxasında qaldığı barədə məlumat daxil olub.
Adıçəkilən qurumun əməkdaşları hadisə yerinə gəliblər və qapını açandan sonra mənzildə qadın meyiti aşkar ediblər. Dünyasını dəyişən şəxs 79 yaşlı Tamara Abdullayevadır.
Meyit aidiyyəti üzrə təhvil verilib.