Bakıda telefon mağazasından oğurluq olub. Bu haqda 26 mart tarixində Report məlumat verib.
Nəsimi rayonunda mağazaların birindən 11.000 manat dəyərində mobil telefonlar oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.