Paytaxtın Nəsimi rayonu, H.Seyidzadə və H.B.Əliyev küçələrində mağazalardan ümumilikdə 13.000 manatlıq oğurluq edilib. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Naftalan şəhər sakini Həsən Əmirov və Sabirabad rayon sakini Ruhid Məmmədov şübhəli bilinərək saxlanılıblar.
Araşdırmalar davam edir.