Paytaxtın Nəsimi rayonu, Vaqif prospekti ilə Xan Şuşinski küçəsinin kəsişməsində avtoqəza baş verib. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Nofəl Heydərov “Toyota” markalı nəqliyyat vasitəsi ilə gözləmədən köməkçi yoldan əsas yola çıxıb. Bu zaman əsas yolda hərəkət edən “Mercedes” ona çırpılıb.
Nəticədə iki nəfər xəsarət alıb. Araşdırmalar davam edir.