Bakının Nəsimi rayonu, 20 yanvar küçəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 24 may tarixində Lent.az məlumat verib.
“Mercedes” markalı mikroavtobusu idarə edən Aşur Eyvazov köməkçi yoldan əsas yola çıxmaq istəyərkən, əsas yolda yüksək sürətlə hərəkət edən “Saipa” markalı avtomobilə çırpılıb.
Nəticədə “Siapa” markalı avtomobili idarə edən sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_45630" align="alignnone" width="800"]
Foto Lent.az saytı[/caption]