Paytaxtın Nəsimi rayonunda moped oğruları saxlanılıb. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakinləri H.İbrahimov və M.Əliyev Şəki rayon sakini M.Əsədovun mopedini oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırmalar davam edir.