Paytaxtın Nəsimi rayonunda motosiklet adamın ölümünə səbəb olub. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Gündüz İmanov “Zontes” markalı motosiklet ilə idarəetməni itirərək həmyerlisi M.Məmmədlini vurub, daha sonra isə yolun kənarındakı hasarlara çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Motosikletin sərnişini və piyada xəstəxanaya yerləşdiriliblər.
Araşdırmalar davam edir.