Paytaxtın Nəsimi rayonunda oğul anasının boğazını kəsib. Bu haqda bu gün, 24 dekabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı Samir Cəfərov şəxsi münasibətlər zəminində birgə yaşadığı anası, 62 yaşlı Bəsti Cəfərovanın boğazını kəsərək öldürüb.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.