Bakıda evi qarət edən şəxs saxlanılıb. Bu haqda 1 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nəsimi rayonunda martın 31-də rayon ərazisindəki evlərin birindən 300 manat dəyərində gümüş və bijüteriya oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Hüseynov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.