Bakıda oğurluq edən şəxs saxlanılıb. Bu haqda 15 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nəsimi rayonunda Sabirabad rayon sakini S.Müzəffərlinin çantasından mobil telefon oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş L.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.