Bakıda azyaşlı uşaq binadan yıxılıb. Bu haqda 24 iyun tarixində Qafqazinfo məlumat verib.
Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 63-də Pakistan vətəndaşı, 4 yaşlı Abdul Maman Muhammed Niamat yaşadığı binanın pəncərəsindən yıxılıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma davam edir.