Bakının Nəsimi rayonunda yol qəzası baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Bu haqda Report bu gün, 21 dekabr məlumat verib.
23 yaşlı Yusif Mustafayev və 23 yaşlı Nadir Şıxzadə iki avtomobilin toqquşması nəticəsində müxtəlif xəsarətlər alıblar. Hər iki gənc xəstəxanaya çatdırılıb. Mustafayevə qapalı kəllə-beyin travması və alın nahiyəsinin əziyi, Şıxzadəyə isə baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.