10 dekabr tarixində Bakıda qadın narkotacir həbs edilib. Bu haqda Report məlumat verib.
Nəsimi rayonunda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nuriyeva saxlanılıb. Axtarış zamanı onun üzərində və yaşadığı evində heroin və patı aşkar edilib.
Nuriyevaya qarşı Cinayət Məcəlləsinin “Qanunsuz olaraq narkotik vasitələri satma, külli miqdarda törədildikdə” maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.