Paytaxtın Nəsimi rayonunda avtomobildən oğurluq edən şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı şəhər sakini C.Şıxıyev 26 dekabr tarixində “Range Rover” markalı nəqliyyat vasitəsindən 2000 manatlıq mobil telefon oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma davam edir.