Paytaxtın Nəsimi rayonu Mirəli Qaşqay küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 23 noyabr tarixində Baku.ws məlumat yayıb.
“Chevrolet” markalı avtomobil sərnişin avtobusu ilə toqquşub. Hadisə yerinə Təcili Tibbi Yardım cəlb olunub.
Qəzanın səbəbi araşdırılır.
Daha öncə bu gün, 23 noyabr tarixində həmin rayonda ölümlə nəticələn avtoqəza baş vermişdir.