Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, ABŞ səfirliyinin qarşısında avtoqəza baş verib. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Dayanacaqda duran 88 saylı sərnişin avtobusuna arxadan minik avtomobili çırpılıb. Nəticədə bir nəfər kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.