Paytaxtın Nəsimi rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 9 oktyabr AZƏRTAC məlumat yayıb.
Cəlilabad rayon sakini D.Əliyev qeyd olunan rayon ərazisində yerləəşn evlərdən birindən 660 manat pul, avtomobil açarı və telefon oğurlayıb.
Həmçinin, onun üzərindən narkotik maddə aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Daha öncə bu gün, 9 oktyabr tarixində paytaxtın Nərimanov rayonunda mühafizəçi, işlədiyi şirkətdən oğurluq etmişdir.