Bakıda mobil telefon oğurlayan şəxs saxlanılıb. Bu haqda 7 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Nəsimi rayonunda mayın 6-da bir nəfər paytaxt sakini İ.Əhmədovun mobil telefonunu oğurlayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı sakini, əvvəllər məhkum olunmuş O.Abdullayev saxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, Abdullayev mayın 5-də daha bir nəfərin mobil telefonunu oğurlayıb.