Ötən axşam Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında qətlə yetirilən 40 yaşlı Bəhruz Quliyevin öldürülmə səbəbi məlum olub. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 5 aprel tarixində xəbər verir.
B.Quliyevi qətlə yetirən 38 yaşlı Rabil Qasımov hadisəni qumar borcu üstündə törədib.
Belə ki, Bəhruz qumarda uduzduğu pulu qaytarmadığı üçün Rabil onu bıçaqlayıb.
Törədilən qətl barədə bu gün Rabil Qasımovun şübhəli şəxs qismində tutulması barədə məlumat vermişdik.
İstintaq davam edir.