Paytaxtın Nəsimi rayonunda zəncirvari avtoqəza baş verib. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.
“20 Yanvar” dairəsindən Z.Bünyadov prospekti istiqamətində tuneldə hərəkət edən yük avtomobilinin nasaz əyləc sistemi olduğundan dayana bilməyib və eyni istiqamətdə hərəkət edən 4 minik və 13 nömrəli marşrut xəttinə aid sərnişin avtobusu ilə toqquşub.
2 nəfər xəsarət alıb. Avtobus depoya getdiyindən içində sərnişin olmayıb.
[caption id="attachment_12188" align="alignnone" width="960"]
Foto Bakı Nəqliyyat Agentliyinin rəsmi Telegram kanalı[/caption]