Bakıda quldurluqla məşğul olan şəxs saxlanılıb. Bu haqda 20 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nəsimi rayonunda iyunun 15-də S.Əsgərova küçəsində Ucar rayon sakini E.Hüseynov naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Həmin şəxs Hüseynovu bıçaqla hədələyib, içərisində pul, mobil telefon və əşyaları olan çantasını əlindən alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər Bakı şəhər sakini R.Abdullayev və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Abdinov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.