Bakının Nəsimi rayonunda paytaxt sakinindən narkotik götürülüb. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Nuriyevdən 339 qram heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Nuriyev saxlanılıb, araşdırma aprılır.