Bakıda velosiped oğruları saxlanılıb. Bu haqda 17 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Nəsimi rayonunda martın 15-də 3 nəfərə məxsus velosipedlər oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar V.Cəfərov və Astara rayon sakini R.Əliyev saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.