Paytaxtın Nəsimi rayonunda 21 yaşlı qız itkin düşüb. Bu haqda bu gün, 15 yanvar tarixində Daxili İşlər Nazirliyi məlumat yayıb.
Pərvanə Məmmədova 28 dekabr tarixində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Onun boyu 175 sm, sarışın, uzun saçlı, gözləri mavi rənglidir.
Həmin şəxsi görənlərdən DİN-in "102 - Zəng Mərkəzi”nə, eləcə də Nəsimi RPİ-nin
(012) 440-02-02 və (055) 805-93-93 nömrələri ilə əlaqa saxlamaları xahiş olunur.