Bakının Nəsimi rayonunda ikimərtəbəli kommunal tipli yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 20 aprel tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Hadisə nəticəsində ümumi sahəsi 35 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, içərisindəki əşyalar və dam örtüyü yanıb, dəhlizin lambirdən ibarət tavanı qarsalanıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb, mənzilin qalan hissəsi mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.