Bakının Nəsimi rayonunda yarımtikilidə baş vermiş yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Bu haqda 22 yanvar tarixində Bakuplus.az-a məlumat daxil olub.
Yanğın Cəlil Məmmədquluzadə küçəsində yerləşən yarımtikilinin 4-cü mərtəbəsində qeydə alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Sözügedən küçədə ikitərəfli yolun bir hissəsi bağlanıb.