Bakıda avtomobil səkiyə dəyərək aşıb. Bu haqda 5 may tarixində APA məlumat verib.
Nəsimi rayonu, İlqar Cümşüdov və Cavadxan küçələrinin kəsişməsində “Daewoo” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi səkiyə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.