Paytaxtın Nəsimi rayonunda azyaşlı uşağı avtomobil vurub. Bu haqda bu gün, 1 oktyabr tarixində Bakuplus.az Report–a istinadən xəbər verir.
8 yaşlı Yusif Həsənov yolu keçən zaman onu avtomobil vurub. O, çiyin nahiyəsindən sınıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.