Paytaxtın Nəsimi rayonu, Qış parkı yaxınlığında saat 09:30 radələrində avtoqəza baş verib. Bu haqda bu gün, 25 dekabr tarixində Oxu.az məlumat yayıb.
“KİA Pride” markalı avtomobil yolun kənarında qapısı açıq dayanan “Toyota” markalı nəqliyyat vasitəsinin qapısına çırpılıb.
Sonuncunun sürücüsü avtomobildə səhər yeməyi yeyirdi. Xəsarət alan yoxdur.