Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb. Bu haqda 7 sentyabr tarixində Report məlumat verib.
Nəsimi rayonunun H.Seyidzadə küçəsində sentyabrın 6-da naməlum sürücü yolu keçən Qazax rayon sakini Z.Mustafayevanı vurub və hadisə yerindən uzaqlaşıb. Xəsarət alan qadın xəstəxanaya çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədən “Honda” avtomobilinin sürücüsü, Bakı şəhər sakini İ.Şıxəliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.