Bakının Nəsimi rayonunda beşmərtəbəli binada yanğın baş verib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma beşmərtəbəli binanın 1-ci mərtəbəsində qeydə alınıb.
Ümumi sahəsi 45 kv.m olan avtomobil ehtiyat hissələrinin satışı mağazası alovlanıb. Nəticədə 15 kv.m sahəsi olan anbarın içərisində avtomobil ehtiyat hissələri 3 kv.m sahədə və elektrik naqilləri yanıb. Həmçinin yüksək temperaturdan lambirdən ibarət tavan 8 kv.m sahədə əriyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Mağazanın digər hissələrinə ziyan dəyməyib. Xəsarət alan olmayıb.