Paytaxtın Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsində avtomobil restorana çarpılıb. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
“Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarında yerləşən restorana girib.
Qəza nəticəsində obyektə maddi ziyan dəyib. Xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Fakt araşdırılır.
[caption id="attachment_110200" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]