Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ürək nahiyəsindən bıçaqlanıb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 6 avqust tarixində xəbər verir.
Paytaxtın Maştağa qəsəbəsində, 148 nömrəli məktəbin qarşısında Göyçay rayon sakini 39 yaşlı Dilqəm Əliyev naməlum şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.