Paytaxtın Sabunçu rayonu, Nardaran çimərliyində həkimlər dənizdə boğulan şəxsin həyatını qurtarıblar. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
31 yaşlı Müşviq İsmayılov dəniz kənarında ad günü şənliyi keçirirdi. O, dənizdə boğulmağa başlayıb. Huşsuz vəziyyətdə sahilə çıxarılan M.İsmayılov xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas edə biliblər.