Paytaxtın Nizami rayonu, Əli Əliyev küçəsində avtomobil aşıb. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Prius” markalı nəqliyyat vasitəsi yüksək sürətdə hərəkət edən zaman idarəetmədən çıxaraq çevrilib. 1 nəfər xəsarət alıb.
Avtomobil ilə taksi xidməti göstərilirdi.
Faktla bağlı araşdırma aparılır.