Bakıda oğru yaxalanıb. Bu haqda 2 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nizami rayonunda peşə məktəbində təmir işləri aparan şirkətə məxsus inşaat materialları və təmir-tikinti alətləri oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Mikayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.