Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 5 dekabr tarixində Report məlumat verib.
45 yaşlı Anar Əliyev yolu keçərkən onu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.