Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 14 sentyabr tarixində Avtosfer.az məlumat verir.
Qara Qarayev prospektində "Toyota Prado" markalı avtomobilin sürücüsü piyada keçidində yaşlı qadına yol vermək üçün dayanıb. Arxadan gələn "Volkswagen" isə ara məsafəsi və sürət həddini düzgün müəyyən etmədiyi üçün "Prado"-ya dəyib. Zərbə nəticəsində “Prado” yerindən tərpənərək qabağa hərəkət edib. Bununla da avtomobil piyadaya təhlükə yaradıb.