top
Onlayn lotereya DƏLƏDUZLUĞU - 1.2 milyon manat necə ələ keçirilib?
09 oktyabr 2024, 04:52
- ↺ +

"Onlayn lotereya" DƏLƏDUZLUĞU - 1.2 milyon manat necə ələ keçirilib?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Onlayn lotereya" adı ilə 1 milyon 232 min manat ələ keçirməkdə təqsirləndirilən Tənzilə Kərimovanın məhkəməsi davam etdirilib.

Bizim.media məlumat yayıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə veriblər.

Zərərçəkmişlərdən Həcər Baxışova "Onlayn lotereya" oynamaq məqsədilə yaradılan qruplarından birinin rəhbəri olub. O, rəfiqəsi ilə qrupa qoşulduğunu bildirib.

"Mən 2-ci qrupun rəhbəri olmuşam. Rəfiqəmlə birgə bu oyuna daxil olmuşduq. May ayında qrupa qoşuldum, bir aydan sonra rəhbər vəzifəsinə təyin edildim. Səbəbini aktiv olmağım kimi göstərmişdilər. Qrupa 10-a yaxın adam gətirmişəm. Ümumilikdə 2500 manat pul qoymuşam və pulum qaytarılmayıb".

Tənzilə Kərimova zərərçəkənə göndərdiyi 61 min manat pulu çıxarmağı ilə bağlı sual verib.

Həcər Baxışova bildirib ki, həmin pulu kartdan çıxarıb və qrup iştirakçılarına paylayıb.

Məhkəmə zərərçəkmişdən həmin pullarla bağlı hesabat istəyib.

Digər zərərçəkən Aygün Fərəcova bildirib ki, bu şəbəkəyə sinif yoldaşı vasitəsilə qoşulub.

Əvvəlcə vəd edilən pulu qazanıb. Daha sonra isə heç bir vəsait əldə edə bilməyib:

"Qrupa qoşulduqdan sonra mən, xalam qızı, sinif yoldaşım 180 manatla oyuna qatıldıq. Bizə vəd edilən 1260 manatı aldıq. Daha sonra digər qruplar açıldı. Mən dəvət etdiyim şəxslərə görə də pul qazanırdım. Hazırda onlar da zərərçəkmiş qismində tanınıblar. Sonralar açılan qruplara da əlavə olundum və qazandım. Ən sonda açılan minlik qrupda qazanc əldə edə bilmədim. 3 450 manat pulum qaytarılmadı".

Hakim Aygün Fərəcovaya oyuna cəlb etdiyi şəxslərlə bağlı suallar ünvanlayıb. Zərərçəkən bildirib ki, bu vəzifəni ona Tənzilə Kərimova tapşırıb:

"Mənə Tənzilə xanım deyirdi ki, digər şəxsləri qrupa əlavə etmə. Öz adınla dəvət et. Pulu da mənə göndərərək digərlərini bölüşdürməyimi istəyirdi".

Digər zərərçəkmişlərin də dindirilməsi üçün proses təxirə salınıb

Növbəti iclas oktyabrın 16-a təyin edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər