top
PA-nın keçmiş əməkdaşının kürəkəni 12 il müddətinə azadlıqdan məhrum edildi
15 oktyabr 2024, 01:21
- ↺ +

PA-nın keçmiş əməkdaşının kürəkəni 12 il müddətinə azadlıqdan məhrum edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs - Azər Cavanşir oğlu Əsgərovun növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Azər Əsgərovun vəkili çıxış edərək müvəkkilinin zərərçəkənlərlə pul məsələsinin mülki formada olduğunu qeyd edib: "Azər pulu biznes qurmaq niyyəti ilə alıb, türk vətəndaşlarını aldatmaq niyyəti olmayıb. Xahiş edirəm bu işdə dələduzluq əməli olmadığı üçün müvəkkilimə bəraət verəsiniz".

Bundan sonra Azər Əsgərov son söz nitqi ilə çıxış edib: "Mən istəyirəm məhkəmənin bundan sonrakı mərhələsi müəyyən ailə sirləri olduğu üçün qapalı keçirilsin".

Hakim müşavirə etdikdən sonra təqsirləndirilən şəxsin vəsatətini təmin edib.

Son sözdən sonra hakim Səbinə Məmmədzadə hökmü elan edib. Azər Əsgərov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Ziya Mansurov təqsirləndirilən Azər Əsgərovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, cinayət işində 3 nəfər zərərçəkmiş var və dəymiş ziyanın ümumi miqdarı 2 milyon 270 min manatdır.

Xatırladaq ki, Azər Əsgərov Prezident Administrasiyasının məsul işçisi olan Arif Novruzovun kürəkəni olub. Bir neçə rayonun kuratoru kimi çalışan A. Novruzovun işdən çıxarılmasına səbəb də elə kürəkəninin onun adından dələduzluq etməsi olub.

Qeyd edək ki, Azərin qayınatası Arif Novruzov onu həbsdən azad eləməyə cəhd göstərərkən özü dələduzluğun qurbanı olub və adı cinayətdə hallandığı üçün vəzifəsini itirib. Belə ki, A.Novruzov həbsdə olan kürəkəninin azadlığa buraxılması üçün özlərini səlahiyyətli şəxs kimi təqdim edən şəxslərə 100 min manat verib. Lakin pulu alan şəxslərin yalanı sonradan üzə çıxıb və onlar tutularaq məsuliyyətə cəlb edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər