13 dekabr tarixində Bakıda iki yanğın hadisəsi qeydə alınıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Paytaxtın Nəsimi rayonunda ümumi sahəsi 64 kv.m olan birmərtəbəli evin mətbəxində bacanın ətrafı 5 kv.m sahədə yanıb.
Binəqədi rayonunda isə ümumi sahəsi 200 kv.m olan taxta konstruksiyadan ibarət çayxana və qismən yaxınlıqdakı ağaclar yanıb.
Hər iki yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğınlarda xəsarət alan yoxdur.