Bakıda səhər saatlarında yol qəzası baş verib. Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Bu haqda BakuPlus.az bu gün, 5 mart tarixində xəbər verib.
Rayonun Ceyhun Səlimov küçəsi, 8 noyabr metrosunun yaxınlığında “Toyota” markalı avtomobillə “Hyundai” markalı maşın toqquşub. Zərbə nəticəsində “Hyundai”-ın təkəri partlayıb.
Avtomobillərin yolun ortasında qalması küçədə sıxlığa səbəb olub.
Xəsarət alan olmayıb.