Paytaxtın Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ofisdə yanğın olub. Bu haqda bu gün, 10 fevral tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 300 kv.m olan ofisin bir otağında əşyalar, 6 ədəd sayğac və 2-ci mərtəbədə kompressor yanıb. Hadisə yerinə FHN briqadaları cəlb olunub, yanğın söndürülüb.
Ofisin qalan hissəsi yanğından mühafizə olunub, xəsarət alan olmayıb.