Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb. Bu haqda bu gün, 11 mart gecə saatlarında APA< məlumat verib.
Belə ki, Füzuli küçəsi ilə Bülbül prospektinin kəsişməsində “Toyota” markalı avtomobili idarə edən Əjdər Ağayev “Hyundai” markalı avtomobilə çırpılıb.
“Hyundai” avtomobilini hamilə qadının idarə etdiyi məlum olub. O, yüngül bədən xəsarətləri alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
[URIS id=36425]