Bakıda oğurluq hadisəsini törədən şəxs tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 29 mart tarixində xəbər verir.
Martın 27-də paytaxtın Nəsimi rayonunda mağazaların birindən 1450 manat pul oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş O.İsmayılzadə polis tərəfindən saxlanılıb.
Faktla bağlı istintaq tədbirləri davam edir.