Bakıda yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Bu haqda Oxu.az 20 noyabr tarixində xəbər verib.
Hadisə barədə sosial şəbəkələrdə video yayılıb. Sürücü yanmaqda olan avtomobilini yanacaqdoldurma məntəqəsindən uzaqlaşdırmağa çalışır.
İlkin məlumatlara əsasən, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.