Bakının Yasamal və Suraxanı rayonlarında iki yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Yasamal rayonunda 16 yaşlı Esmiralda Hacıyeva yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Analoji hadisə Suraxanı rayonunda baş verib. 16 yaşlı Sahilə Kəlbalıyeva yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb.
Hazırda faktlarla bağlı araşdırmalar aparılır.